"Bakı Metropoliteni"ndə yeni kadr islahatı baş tutub

"Bakı Metropoliteni"ndə yeni kadr islahatı baş tutub
10 Fev 2025 11:01

"Bakı Metropoliteni" QSC-də yeni kadr dəyişikliyi baş tutub.

News365.az bu barədə qurumun mətbuat xidmətindən məlumat əldə edib.

Belə ki, Nərgiz Rövşən qızı Mustafayeva  QSC-nin Strateji inkişaf departamentinin rəisi təyin edilib.

Nərgiz Mustafayeva əmək fəaliyyətinə 2002-ci ildə “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində başlayıb. 2006-ci ildən etibarən BP şirkətində “Ekologiya və ətraf mühitin mühafizəsi” üzrə müşavir vəzifəsini icra edib. Ətraf mühitə təsirin analitik qiymətləndirilməsi, bu istiqamətdə bir sıra iri layihələrin idarə edilməsində qrup rəhbəri vəzifələrində çalışıb.

2012-ci ildən etibarən Azərbaycan, Gürcüstan və Türkiyə regionunun “Komplyans , Maraqların qorunması ve Ekoloji hüquqi normalar” üzrə şöbə müdiri vəzifəsini icra edib. 2018-ci ildən BP şirkətinin “Hasilat, Quyuqazma, Təhlükəsizlik və Əməliyyat riskləri üzrə Modernizasiya və Transformasiya müşaviri” vəzifəsində əmək fəaliyyətinə davam edərək BP şirkətinin strateji inkişaf və transformasiya istiqamətlərini idarə edib. 2019-cu ildən Orta Şərq, Afrika, Asiya və Avstraliya üzrə Agility (Çeviklik) departamentinin regional rəhbəri vəzifəsini daşıyıb. 

Departament rəisi orta təhsilini Bakıda başlayaraq ABŞ-nin Ohayo ştatında bitirib. Ali təhsilini Bakı Dövlət Universiteti Fiziki və iqtisadi coğrafiya fakultəsində davam edib. Hazırda Oksford Universitetində təhsilini davam etdirir.


Sizin reklam burada
Sizin reklam burada