Bağırov qanunvericilikdə olan boşluqlardan danışdı

Bağırov qanunvericilikdə olan boşluqlardan danışdı
19 Fev 2025 19:59

Vəkillər Kollegiyasının (ARVK) inzibati binasında ARVK-nın sədrinin iştirakı ilə cinayət-prosessual qanunvericiliklə bağlı yaradılan İşçi Qrupunun iclası keçirilib.


Bu barədə news365.az-a ARVK-dan məlumat verilib.


Qeyd olunub ki, görüşdə çıxış edən Kollegiyanın sədri Anar Bağırov cinayət-prosessual qanunvericilikdə mövcud olan boşluqlar, bu boşluqların hüquq sisteminə və vəkillik fəaliyyətinə təsirlərindən danışıb.


Sonra görüşdə cinayət-prosessual qanunvericiliyə təkliflər, nəzərdə tutulan yeniliklərə bağlı İşçi Qrupunun üzvlərinin fikirləri işçi qaydada müzakirə olunub, vəkillərin bu proseslərdə rolu, eyni zamanda hüquqi müdafiə sisteminin təkmilləşdirilməsi imkanları dəyərləndirilib. Yekunda müzakirələrin genişləndirilməsi və davam etdirilməsi məqsədəmüvafiq hesab edilib.


Sizin reklam burada
Sizin reklam burada