“BMT -nin və
Dünya Bankının prinsiplərinə görə internetə əlçatanlıq yalnız texnoloji
infrastrukturun mövcudluğunu, anlaşıqlı desək evin qarşısında fiber optik kabel
dirəklərinin sayının çoxluğunu nəzərdə tutmur. Əlçatanlıq dedikdə həm də
internet üçün müvafiq tarif seçimi imkanlarından, şəffaflıqdan, təhlükəsizlikdən
söhbət gedir . BMT isə hətta son illər İnternetə əlçatanlıığı insanların əsas
fundamental hüquqlarından birisi olaraq qəbul edib”.
News365.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunu prezidenti Osman
Gündüz deyib. O bildirib ki, bu prinsiplərlə yanaşsaq, son 2-3 ildə RİNN tərəfindən
dövlət-özəl provayderlərlə birgə aparılan nəhəng infrastruktur işlərini nəzərə
alsaq, 15 avqust tarixədək Azərbaycanda keyfiyyətli internetə əlçatanlığın təmin
edildiyini birmənalı olaraq demək olardı:
“Lakin həmin
prinsiplərlə yanaşsaq 15 avqustdan sonra ölkədə internetə əlçatanlıqla bağlı
suala birmənalı cavab vermək mümkün deyil.
Xüsusilə də
regionlarda, yalnız Aztelekom dövlət provayderinin və təbii inhisarçının
hökmranlıq etdiyi yerlərdə artıq internetə əlçatanlıq prinsipi pozulub.
Əgər
insanların internet üçün ağlabatan tarif seçimi imkanı yoxsa, bu səbəbdən
internetdən imtina edirsə, "şərikli internet"ə üstünlük verirsə ,
onda yuxarıdakı qurumların prinsiplərinə görə ölkəmizdə keyfiyyətli "əlçatan
internet" in olması şübhə doğurur.
Ümid edirəm
RİNN, Beynəlxalq Reytinqləri ölçən Komissiya, Ombudsman, Antiinhisar da bunun fərqindədir.
Dünya Bankı da elə bu günlərdə bununla bağlı anonim sorğulara başlamalıdır.
BMT-nin
"elektron hazırlıq" üzrə qiymətləndirmələri olacaq .
Yeri gəlmişkən,
maraqlıdır, məhz seçim imkanının olmaması ucbatından "insanların əsas
fundamental hüququndan", internetdən imtina edilməsinə bizim hörmətli Ombudsmanımız
görəsən necə münasibət sərgiləyir ?
Regionlardan
isə internetdən imtina edənlərin və şərikli internet seçənlərin çox olduğu
bildirilir.
Aztelekom,
İKTA bunların sayı haqqında heç bir məlumat açıqlamayıb.
Müşahidələr
göstərir ki, problemlə bağlı Antiinhisara və İKTA-ya çoxsaylı şikayətlər göndərilib.
Xatırladıram
ki, internet tariflərilə bağlı "seçim imkanının pozulması" və
"kartel sövdələşməsi"nin mövcudluğu ilə bağlı Antiinhisar -ın
araşdırması hələ də davam edir.
Yeri gəlmişkən,
bu günlərdə Antiinhisar-ın statusu da gücləndirilib, qurum Prezident yanında
Dövlət Agentliyinə çevrilib”.
News365.az