Azərbaycanda deputatlığa keçmiş namizəd həbs edildi - FOTO

Azərbaycanda deputatlığa keçmiş namizəd həbs edildi - FOTO
12:10

Klassik Xalq Cəbhəsi Partiyasının Qazax Seçki Dairəsi üzrə deputatlığa namizədi olmuş şəxs həbs edilib.

News365.az xəbər verir ki, rayonun Cəfərli kənd sakini Şöhrət Əsəd oğlu Məmmədzadə yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə ittiham edilir.

Məlumata görə, ona məxsus həyətyanı sahədə aqrotexniki qaydada qulluq edilən çətənə kolları aşkarlanıb. Onun əməllləri ilə bağlı başlanan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada