Azərbaycana qarşı döyüşmüş separatçı həbs edildi

Azərbaycana qarşı döyüşmüş separatçı həbs edildi
04 İyl 2025 12:05

Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan məşhur separatçı Vahan Çaxalyan İrəvanda həbs edilib.

News365.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Mazmanyan küçəsi 5 ünvanında yerləşən İstintaq İdarəsinin binasında saxlanılır.

Məlumatı vəkil Ruben Melikyan ictimailəşdirib.

Vahan Çaxalyan II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna qarşı döyüşüb.


Sizin reklam burada
Sizin reklam burada