Azərbaycan yığması Millətlər Liqasında Litvaya qalib gəldi

Azərbaycan yığması Millətlər Liqasında Litvaya qalib gəldi
04 Apr 2025 22:10

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Litvaya qalib gəlib.

Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda meydan sahiblərini 2:0 hesabı ilə üstələyib.

Vilnüsdəki “Jalgiris” stadionunda təşkil edilən qarşılaşmada yığmanın qollarını Manya Esra (21) və Nigar Mirzəliyeva (55) vurub.

Qeyd edək ki, Azərbaycan yığması aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib. Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə üstələyib.


Sizin reklam burada
Sizin reklam burada