Azərbaycan üçün yeni iqtisadi partnyor- BƏƏ

Azərbaycan üçün yeni iqtisadi partnyor- BƏƏ
16:26

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinı səfərə gedib. Səfər çərçivəsində ölkəmizin başçısı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb

Nəzərə alaq ki, Azərbaycan-BƏƏ ikitərəfli əlaqələri durmadan inkişaf edir. Tərəfdaşlıq həm də tarixi dostluğa dayanır. Təsadüfi deyil ki, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişaf edir. Münasibətlərin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmli rol oynayır.

Nəzərə alaq ki, Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri keçirilir. Hər iki ölkə başçısı birgə bu təlimləri izləyiblər.

Qeyd edək ki, bu təlimlərin iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verməklə yanaşı, gələcək əməkdaşlıq üçün gözəl zəmin hazırlayır.

Həmçinin, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

Təbii ki, bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyi əminliyi yaradır.

Mövzu ilə bağlı News365.az -a danışan Millət vəkili Vüqar Bayramov deyib ki, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevin Əmirliyin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə iki ölkə arasındakı strateji tərəfdaşlıq məsələləri müzakirə edilib:

“Prezidentlərin qarşılıqlı səfərləri ölkələr arasındakı strateji tərəfdaşlığın daha da güclənməsinə xüsusi töhvə verməkdədir. Dövlətlər bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə güclü əməkdaşlıq qurublar.

Strateji tərəfdaşlıq dövlətlər arasındakı ticarət dövriyyəsinə də müsbət təsirlərini göstərməkdədir. 2025-ci ilin ilk 11 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan ilə BƏƏ arasındakı ticarət dövriyyəsi 87 faiz artaraq 166.4 milyon dollara çatıb.

Həmin müddətdə BƏƏ ilə ticarət əlaqələrində Azərbaycan 50 milyon dollara müsbət saldoya malik olub. BƏƏ Azərbaycanın qeyri neft-qaz ixracatında yeni strateji tərəfdaşa çevrilməkdədir. Belə ki, sözügedən dövrdə Azərbaycanın BƏƏ-ə ixrac etdiyi məhsulların 98 faizi qeyri neft-qaz məhsulları olub. Bu Azərbaycan sahibkarları üçün 106 milyon dollarlıq gəlir deməkdir.

Əməkdaşlıq eyni zamanda qarşılıqlı sərmayə qoyluşlarında da özünü göstərməkdədir. Belə ki, BƏƏ Azərbaycanın yaşıl enerji sektorunda ən çox sərmayə qoyluşu həyata keçirən dövlətlərdəndir.

Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı strateji münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada