“Rusiya Cənubi Qafqaza gələndən bəri, yəni 200 ildən artıq müddətdə, həmişə parçala-hakim ol siyasəti yürüdüb. Sovet hakimiyyəti dağıldıqdan sonra da bu siyasətin nəticələrini gördük. Xocalı faciəsi, 20 Yanvar hadisələri həmin qüvvələrin dəstəyi ilə törədildi. Bunlar hamımızın gözləri önündə baş verən, yaxın tariximizin qanlı səhifələridir. Lakin biz bu dərslərdən nəticə çıxardıq, ordumuzu, iqtisadiyyatımızı gücləndirdik.
Nəticədə, Ali Baş Komandanın rəhbərliyi, xalqın birliyi və Müzəffər Ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etdik, suverenliyimizi bərpa etdik”, – politoloq Elşad Həsənov News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, qarşı tərəfə bir sıra qonşu ölkələr hərbi və siyasi dəstək göstərsə də, Azərbaycan müttəfiqlərinin yardımı ilə güclü müqavimət ortaya qoydu:
“Türkiyə və İsrailin siyasi dəstəyi, xalqımızın birliyi və Ordumuzun gücü ilə biz qələbə qazandıq. Bu gün qənimət parkında sərgilənən silahlar da həmin ölkələr tərəfindən Ermənistana verilən, lakin bizim əlimizə keçən texnikalardır. Turistlər oraya gəlib baxanda, bu silahların kimə məxsus olduğunu və hansı nəticə ilə bitdiyini görürlər”.