"Avropa Ukrayna münaqişəsini dörd il uzatmaq istəyir" - Polkovnik

"Avropa Ukrayna münaqişəsini dörd il uzatmaq istəyir" - Polkovnik
09:40

Avropa insan həyatı amillərinə fikir vermədən Ukraynadakı münaqişəni daha dörd il uzatmaq istəyir. Bu barədə ABŞ ordusunun istefada olan polkovniki, ekspert Daniel Devis özünün YouTube kanalında bildirib.


"Avropadakı mənbələrimlə danışdım.Bəzi siyasətçilər hələ də depressiyadadırlar. Çünki ABŞ prezidenti Donald Tramp kimi siyasətçi seçkidə qalib gəlib, onlar Kamala Harrisin qələbə qazanacağına ümid edirdilər. Avropalı siyasətçilət məhz onun köməyi ilə münaqişəni ən azı dörd il uzatmaq istəyirdilər", -ekspert qeyd edib.

Davis qeyd edib ki, avropalı siyasətçilər hərbi konflikt zonasında hansı vəziyyətin yarandığını yaxşı bilirlər. Lakin hər şeyi inkar etmək siyasətini saxlamaqda davam edirlər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada