Avropanın əsas aeroportlarında uçuşların çoxu ləğv edilib, ya da vaxtı dəyişdirilib.
News365.az xəbər veri ki, bir neçə ölkədə yağan intensiv qara görə yollarda hərəkət iflic olub.
Britaniyanın bəzi ərazilərində qarın hündürlüyü 52 santimetrə çatır. Oxşar vəziyyət Niderland və Fransada da müşahidə olunur.
Avropanın bir neçə ölkəsində magistralların buz bağlaması nəticəsində yollarda hərəkət çətinləşib. Niderland, Fransa və Britaniya arasında qatar əlaqəsi kəsilib.
Meteoroloqlar qarın yaxın bir neçə gün ərzində davam edəcəyini bildiriblər.