BMT İnsan Hüquqları Şurasının fevralın 23-də keçiriləcək iclasında İranın xarici işlər naziri Abbas Arakçının çıxışı ləğv edilib.
News365.az xəbər verir ki, bu barədə BMT-nin icraçı direktoru və beynəlxalq hüquqşünas Hillel Noyer X hesabında məlumat yayıb.
Onun sözlərinə görə, İranın xarici işlər nazirinin adı rəsmi natiqlər siyahısından çıxarılıb:
“Qərar Arakçının tədbirə dəvət olunmamasını tələb edən və İsveçrə polisindən onun insanlığa qarşı cinayətlərə görə həbsini istəyən 100 mindən çox imzanın toplanmasından sonra qəbul edilib”.