“Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yüksəkdir”

“Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yüksəkdir”
20 Fev 2025 16:24

Akademik ailələrdə böyüdülmüş uşaqların göstəriciləri ali təhsili olmayan ailələrdə böyüdülən uşaqların göstəricilərindən daha yüksəkdir.   

News365.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Qızların təhsil hüququ” mövzusunda BDU-da keçirilən konfransda deyib. 

O bildirib ki, bu səbəbdən ali təhsilli ailələrin olması çox vacibdir:

“Orta statistik göstəricilərə əsasən, anası ali təhsilli olmuş mühəndislik, riyaziyyat sahələrini seçmiş qızların sayı anası ali təhsilli olmayan qızların sayından çoxdur”.


Sizin reklam burada
Sizin reklam burada