Bərdədə yas mərasimində 12 nəfər zəhərləndi

Bərdədə yas mərasimində 12 nəfər zəhərləndi
10:44

Bərdədə yas mərasimində kütləvi zəhərlənmə halı olub. Hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb. 

Hadisə nəticəsində 12 nəfər ürəkbulanma və halsızlıq şikayətləri ilə Bərdə mərkəzi xəstəxanasına müraciət edib. 

Əldə edilən məlumata görə, zəhərlənən şəxslər kənddə keçirilmiş yas mərasimində iştirak edənlər olub. 

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 1 nəfər xəstəxanada saxlanılaraq qalanları evə buraxılıblar.


Sizin reklam burada
Sizin reklam burada