Papa Fransiskin vəziyyəti kritikdir

Papa Fransiskin vəziyyəti kritikdir
22 Fev 2025 23:59

Roma Papası Fransiskin vəziyyəti kritik olaraq qalır. Bu səhər Papa Fransiskdə yüksək axınlı oksigen terapiyası tələb edən uzunmüddətli astmatik tənəffüs böhranı inkişaf edib.


News365.az xəbər verir ki, bu barədə “Vatikan Nyus” məlumat yayıb.


Qeyd olunur ki, bu gün aparılan qan analizlərində qanköçürmə tələb edən anemiya ilə əlaqəli trombositopeniya aşkar edilib.


Qeyd edək ki, bundan öncə Papanın səhhətinə görə vəzifəsindən istefa edə biləcəyi haqda məlumat yayılmışdı.


Sizin reklam burada
Sizin reklam burada