Anarın cavabını Elgiz verdi: “Canına zəhrimar dolar?”

Anarın cavabını Elgiz verdi: “Canına zəhrimar dolar?”
15 Fev 2024 12:04

Şair, jurnalist Anar Vəziroğlu növbəti dəfə qalmaqal yaradıb.

News365.az xəbər verir ki, o bu dəfə gəlin və qayınata, qayınana münasibətlərinə toxunub.

Gəlinlər tərəfdən çıxış edən ekspert bu sözləri deyib:

“Ömrüm boyu gəlinimdən qarşıma çay qoymasını istəmərəm. Bundan böyük ədəbsizlik yoxdur. Bu, çox böyük ədəbsizlikdir. Niyə axı, gəlin sənə, qayınataya çay verməlidir? Əlin-ayağın yoxdur? Bunlar özlərinə gəlin yox, qul axtarırlar. Mənim qışqıraraq “Ay gəlin, get mənə çay gətir” deməyim böyük mədəniyyətsizlikdir”.

Bu fikirlərlə razılaşmayan aparıcı Elgiz Əkbərsə sərt çıxış edib:

“Bəyəm, gəlin qayınataya çay gətirsə, canına zəhrimar dolar?”


Sizin reklam burada
Sizin reklam burada