Hindistanda yanğın: 17 nəfər öldü, 8-i uşaqdır

Hindistanda yanğın: 17 nəfər öldü, 8-i uşaqdır
18:45

Hindistanın Heydərabad şəhərində baş vermiş yanğında 17 nəfər ölüb.


News365.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.


Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir.


“Bütün 17 nəfərin ölüm səbəbi tüstüdən zəhərlənmə olub, heç kəsdə yanıq olmayıb”, – Telanqana Təbii Fəlakətlərə Reaksiya və Yanğın Mühafizəsi Xidmətinin baş direktoru Naqi Reddi deyib.


Telanqana Fövqəladə Hallar və Mülki Müdafiə İdarəsi tərəfindən dərc edilmiş siyahıda 10 yaşadək səkkiz uşağın adı var.


Sizin reklam burada
Sizin reklam burada