Zelenski Roma Papası ilə görüşdü

Zelenski Roma Papası ilə görüşdü
18 May 2025 20:45

Papa XIV Leo inauqurasiya mərasimini başa vurduqdan sonra Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya ilə görüşüb.


News365.az xəbər verir ki, bu barədə Ukrayna lideri Teleqram kanalında məlumat yayıb.


"Andiçmə mərasimindən sonra biz Papa XIV Leo ilə görüşdük. Pontifik bütün dünyada milyonlarla insan üçün sülhə ümid rəmzidir. O, ölkəmizdə müharibənin dayandırılmasında mühüm rol oynaya bilər", - Zelenski bildirib.


"Ukrayna və Rusiya arasında birbaşa danışıqlar platformasına çevrilməyə hazır olduğuna görə Vatikana təşəkkür edirəm. Biz real nəticələr naminə istənilən formatda dialoqa hazırıq. Ukraynaya verdiyiniz dəstəyə və ədalətli sülhün müdafiəsində aydın mövqeyinizə görə minnətdaram", - Zelenski əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada