Türkiyənin energetika nazirinin müavini Zafed Dəmircan
Moskvada keçirilən Dünya Atom Həftəsinin açılışında deyib ki, Türkiyədə Akkuyu
Atom Elektrik Stansiyasının tikintisi uğurla gedir və qurğu 2028-ci ilə qədər
tam istifadəyə veriləcək:
“Hazırda Akkuyu Atom Elektrik Stansiyasının tikintisi tam sürətlə
davam edir... Birinci blokun gələn il işə salınması planlaşdırılır və 2028-ci
ilə qədər dörd tam işlək reaktor işə düşməlidir”.
Qeyd edək ki, bundan əvvəl “Akkuyu Nüvə” şirkətinin baş
direktoru Sergey Butskix bildirmişdi ki, rusiyalı mütəxəssislər stansiyanın ilk
reaktorunun tikintisini başa çatdırıblar. Butskix hesab edir ki, obyekt tezliklə
istifadəyə verilməlidir.
News365.az