Aİ İran və İsraili təmkinli olmağa çağırdı

Aİ İran və İsraili təmkinli olmağa çağırdı
13 İyn 2025 14:00

Avropa İttifaqı (Aİ) İran və İsraili gərginliyin daha da artmasına yol verməməyə çağırıb.

News365.az xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas “X” hesabında yazıb.

"Yaxın Şərqdə vəziyyət təhlükəlidir. Bütün tərəfləri təmkinli olmağa və gərginliyin daha da artmasına yol verməməyə çağırıram. Diplomatiya irəli getmək üçün ən yaxşı yoldur və mən gərginliyin azaldılması üçün bütün diplomatik səyləri dəstəkləməyə hazıram", - K.Kallas qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada