İctimai fəal Bəxtiyar Ağazadə özünün Feysbuk hesabında maraqlı video paylaşıb.
News365.az xəbər verir ki, o Ağdərənin Məlikli kəndindən öz ata-baba yurdunu çəkib yayımlayıb.
Görüntülərdə evin qalıqları görünür və Bəxtiyar Ağdərəlinin evin xarabalıqlarına doğru necə bir çətinliklə getdiyi açıq görünür.
Video çəkərək şərh verən B.Ağdərəlinin həyəcan keçirdiyi, kövrəldiyi, emosional hala düşdüyü görünür. O, erməniləri evlərini, ata-baba yurdunu bu günə saldığına görə lənətləyir…
Görüntüləri təqdim edirik: