ABŞ prezidenti Donald Trampa İrana hücumla bağlı hərbi plan təqdim olunub.
News365.az "Nyu York Tayms"a istinadən xəbər verir ki, mümkün zərbələr sırasında Pentaqon ötən ilin iyununda İrana hücum zamanı hava zərbələrinə məruz qalmayan nüvə proqramı ilə əlaqəli hədəflərə, eləcə də ballistik raket proqramı ilə bağlı obyektlərə hücum variantlarını təqdim edib.
Ən çox ehtimal olunan variantlar kiberhücumlar və İrandakı yerli təhlükəsizlik obyektlərinə zərbələrdir.
Tramp administrasiyası diplomatiyaya üstünlük versə də, əmindir ki, İran sadəcə Amerika hücumunu təxirə salmaq istəyir və danışıqlarda maraqlı deyil.
Xatırladaq ki, İrandakı sosial-siyasi etirazlar zamanı 500-dən 2 minə qədər insanın öldürüldüyü barədə məlumatlar var.