Namibiyalı siyasətçi Adolf Hitler Uunona şəxsiyyət vəsiqəsində "Hitler" adının qeyd olunmasından imtina edib.
News365.az xəbər verir ki, bu barədə "The Namibian" nəşri yazıb.
Bildirilir ki, 59 yaşlı siyasətçi 1990-cı ildə müstəqillik qazandığı gündən Namibiyanı idarə edən Cənub-Qərbi Afrika Xalq Təşkilatını təmsil edir. Uunona bəyan edib ki, anadan olarkən ona verilmiş bu adla çağırılmasını daha istəmir.
"Mənim adım Adolf Hitler deyil. Mən Adolf Uunonayam. İnsanların məni necə Adolf Hitler adlandırdıqlarını və heç tanımadığım biri ilə əlaqələndirməyə çalışdıqlarını gördüm", - deyə o bildirib.
Qeyd edilir ki, namibiyalı Adolf Hitler nasist ideologiyasına barışmaz mövqe nümayiş etdirir və inandırır ki, atası ona bu adı verərkən onun tarixi əhəmiyyətini anlamayıb.
Siyasətçi ilk dəfə 2004-cü ildə Ompundja bölgəsində böyük fərqlə seçilib. O, həmçinin 2015 və 2020-ci illərdəki seçkilərdə də qalib gəlib.