ABŞ-nin nüfuzlu nəşri amerikalıları Trampa səs verməməyə ÇAĞIRDI

ABŞ-nin nüfuzlu nəşri amerikalıları Trampa səs verməməyə ÇAĞIRDI
02 Noy 2024 20:34

ABŞ-nin nüfuzlu “New York Times” nəşrinin redaksiya heyəti amerikalıları prezident seçkilərində Donald Trampa səs verməməyə çağırıb.

Nəşr bununla bağlı yazılı bəyanat yayıb.

“Siz artıq Donald Trampı tanıyırsınız. O, rəhbərlik etməyə yaraşmır. Onu ən yaxşı tanıyanlara qulaq asın. O, seçkiləri alt-üst etməyə çalışır və demokratiya üçün təhlükə olaraq qalır.
 

Cənab Trampın korrupsiyası və qanunsuzluğu seçkilərdən kənara çıxır: bu, onun bütün əxlaqıdır. Limitsiz yalan danışır. Tramp opponentlərin arxasınca getmək üçün hökumətdən istifadə edəcək. O, amansız kütləvi deportasiya siyasəti aparacaq, yoxsulları, orta təbəqəni və işəgötürənləri məhv edəcək.


Trampın hakimiyyəti iqlimə zərər verəcək, ittifaqları parçalayacaq və avtokratları gücləndirəcək. Amerikalılar daha yaxşısını tələb etməlidirlər. Səs verməyin”, - deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Qalib 2025-ci ilin yanvarından başlayaraq 4 il müddətinə Ağ evə rəhbərlik edəcək.

Respublikaçı Donald Tramp və Demokrat Kamala Harris ən yüksək hökumət postu uğrunda mübarizə aparacaqlar. Seçicilər eyni zamanda Konqresin yeni üzvlərini - hökumətin qanunverici orqanını da seçəcəklər.


Youtube kanalımız

Oxşar xəbərlər