"Aktrisalıq fəaliyyətim kənarda qalıb. Bunu bilərək etmirəm. İstəyərəm yaxşı layihələr olsun, çalışım. Təkliflər alıram, amma görürəm ki, çatdırmayacağam, bir az başqa işlər istəyirəm.
O da qınamıram, təklif edənin şəraiti ona çatır. Alınmır. Prodüserlik mənə qazancdan başqa hər şey verir. Çox qəribədir, əslində prodüser qazanmalıdır. Məndə də o ambisiyalar var ki, yeni işlər edim və sairə".
News365.az xəbər verir ki, bu sözləri aktrisa Sevinc Əliyeva "Pərvizə görə" layihəsində danışıb. Sənətçi qazancından bəhs edib: "Rol aldığım serialları paylaşırdım, yazırdılar ki, bu nədir? Mənə pis gəlirdi. Azərbaycanda serial yoxdur və sairə. İndi Azərbaycanda serial var. Həmişə istəyirdim ki, özüm rol almasam da, arzuladığım kimi bir iş ərsəyə gəlsin, çəkim göstərim.
Bu sahədə tək irəliləmək çox çətindir. Səbəbi elə qadın olmağımdır. Hələ heç bir işimdə sponsor olmayıb. İşim kanaldan keçib. Müraciət edirsən, rəsmi şəkildə icazə alırsan. Məsələn, rayonda da çəkiliş edəndə PPX-nın maşınlarından istifadə üçün belə icazə almışdıq. Bu sahədə qalmağın qadın kimi çətinliyi ətrafımdır. Sırf prodüser işində kişi olmaq daha rahatdır. Yetəri qədər sərt olmalısan. Mənə sərt olmamağım problemlər yaradır. Yenə də hansısa sahədə təkbaşına iş görmək qadına daha çətindir".