Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Xəbərdarlığa əsasən, noyabrın 4-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq külək noyabrın 6-sı səhər saatlarına kimi davam edəcək.
Belə ki, bu gün axşam müşahidə olunacaq cənub-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, noyabrın 5-i səhər saatlarından noyabrın 6-dək isə şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, açıq dənizdə isə 35-37 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 6.0-8.0 m.çatacağı proqnozlaşdırılır.