ABŞ İraqa Malikinin qayıdışı halında dəstəyi məhdudlaşdıra biləcəyini bildirib.
News365.az xəbər verir ki, ABŞ Tehranın təsiri altında olduğu iddia edilən sabiq baş nazir Nuri əl-Malikinin İraqda yenidən Baş nazir təyin olunması halında dəstəyi məhdudlaşdıracağı ilə bağlı xəbərdarlıq edib.
Vaşinqton bildirib ki, belə bir addım ABŞ-ın İraqa dəstəyini dayandırmasına səbəb ola bilər.