Omanın paytaxtı Maskat şəhərində İran və ABŞ arasında danışıqlar başlayıb.
News365.az xəbər verir ki, İran və ABŞ arasında dolayı danışıqlarla bağlı yeni detallar ortaya çıxıb.
İran dövlət televiziyasının Maskatdakı müxbirinin verdiyi məlumata görə, ABŞ nümayəndə heyətinin liderlərindən biri olan Stiv Uitkoff Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşüb.
Bu arada, ABŞ danışıqlar qrupunun tərkibində əvvəlki raundlarla müqayisədə dəyişikliklər olduğu bildirilib. Məlumata görə, Amerika nümayəndə heyətinə ABŞ prezidentinin kürəkəni və ABŞ Mərkəzi Qüvvələr komandanı da daxildir.
İran danışıqlar qrupunun açıqlamasında mediada yayılan layihə mətnlərinin həqiqəti əks etdirmədiyi vurğulanıb və ictimaiyyət ilkin layihələrə inanmamağa çağırılıb.
Maskatdakı danışıqların gedişatı ilə bağlı gün ərzində daha aydın xəbərlər olacağı gözlənilir.
Xatırladaq ki, İran tərəfdən danışıqlara xarici işlər naziri Abbas Arakçi, ABŞ tərəfdən Prezidentin xüsusi elçisi Stiv Uitkof rəhbərlik edir.