ABŞ daha bir tankeri ələ keçirib

ABŞ daha bir tankeri ələ keçirib
15 Fev 2026 23:27

ABŞ Hind okeanında Karib hövzəsindən gələn daha bir tankeri ələ keçirib.

News365.az xəbər verir ki, bu barədə Pentaqonun "X" sosial şəbəkəsində yayılmış bəyanatında deyilir.

Qeyd olunur ki, Amerika hərbçiləri ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının məsuliyyət zonasında "Veronica III" gəmisini heç bir insident olmadan yoxlamaq, tutmaq və gəmiyə enmək üçün əməliyyat keçiriblər.

Pentaqon ABŞ Silahlı Qüvvələrinin tankeri Karib dənizindən Hind okeanına gedərkən təqib etdiyini açıqlayıb.

Bəyanatda ələ keçirilən gəmi ilə bağlı heç bir məlumat verilmir.


Sizin reklam burada
Sizin reklam burada