ABŞ-da avtomobilini piyadaların üzərinə sürən şəxsin kimliyi bəlli olub.
News365.az xəbər verir ki, bu barədə "Nola" nəşri məlumat yayıb.
Məlumata görə, polisə atəş açdığı iddia edilən şübhəli şəxs hadisə yerində öldürülüb. Onun 42 yaşlı Şamsud Din Cabbar olduğu müəyyən edilib.
Qeyd edək ki, Yeni Orlean şəhərində Cabbarın avtomobili izdihamın üzərinə sürməsi nəticəsində 10 nəfər ölüb, 35 nəfər isə yaralanıb.