ABŞ Belarusla əlaqəli bir sıra şirkətlərə qarşı sanksiyaları ləğv etdi

ABŞ Belarusla əlaqəli bir sıra şirkətlərə qarşı sanksiyaları ləğv etdi
12:36

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Belarusla əlaqəli bir neçə şirkəti sanksiyalar siyahısından çıxarıb.

News365.az xəbər verir ki, müvafiq məlumat agentliyin saytında yerləşdirilib.

Məlumata görə, güzəştlər Kiprdə qeydiyyatdan keçmiş  tikinti şirkətləri "Dana Holdings Limited", "Dana Holdings"ə təsir edib. 

2020-ci ildə bu şirkətlərə məhdudiyyətlər tətbiq edilib. Nəticədə bu şirkətlərin xarici hesabları bloklanıb, Avropa və Amerika iş adamlarına onlarla əməkdaşlıq etmək qadağan edilib.


Sizin reklam burada
Sizin reklam burada