Türkiyəli məşhur reper Cəza "Kim milyonçu olmaq istəyər" verilişinin Yeni il xüsusi buraxılışında 1 milyon TL-lik suala qədər irəliləyib.
News365.az xəbər verir ki, məşhur reper doğru cavabdan əmin olmadığı üçün 500 min TL ilə yarışmadan geri çəkilib.
O, daha sonra yarışmadan qazandığı pulu Uşaqların Müdafiəsi Agentliyinə bağışlayacağını açıqlayıb.
Cəzanın bu davranışı Türkiyədə böyük marağa səbəb olub. Onun bu addımı sosial mediada geniş müzakirə edilib. Tanınmış reperin bu hərəkəti tamaşaçılar tərəfindən də böyük rəğbətlə qarşılanıb.