Oğuzda əməliyyat - 8 kq narkotik götürüldü

Oğuzda əməliyyat - 8 kq narkotik götürüldü
08 Fev 2025 12:17

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News365.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb.

    Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub.

    Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


    Sizin reklam burada
    Sizin reklam burada