Azərbaycanın 6 güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatında finala yüksəlib.
News365.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə bütün çəkilərdə finalçılar müəyyənləşib.
Azərbaycanın 6 güləşisi finala vəsiqə qazanıb. Belə ki, Cavanşir Süleymanov, Hüseyn Rzazadə, İbrahim Həsənov, Əkbər Əsgərov, Məhəmməd Həsənli və Elgün Kərimli qızıl medal uğrunda mübarizə aparacaq.
Medallar uğrunda qarşılaşmalar sabah keçiriləcək.