5 nəfərə 200 mindən çox pul “atan” müəllimin cəzası BƏLLİ OLDU

5 nəfərə 200 mindən çox pul “atan” müəllimin cəzası BƏLLİ OLDU
14:01

Mingəçevirdə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vurmaqda təqsirləndirilən 59 yaşlı Rasim Həsənova hökm oxunub.

News365.az xəbər verir ki, Mingəçevir şəhər 11 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyərkən dələduzluq cinayətləri törətmiş şəxsin məhkəməsi başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirli bilib və 6 il 6 ay həbs cəzası verib.

Məlum olub ki, orta məktəb müəllimi 5 nəfərə torpaq sahəsi satmaq, qeyri - yaşayış obyektlərini adlarına rəsmiləşdirmək, qeyri-qanuni özəlləşdirmə kimi vədlər verərək onların 214 min manatını ələ keçirib.

Xəbəri rus dilində oxuyun: Вынесен приговор педагогу, присвоившему 214 000 AZN

Məhkəmə R.Həsənova qarşı irəli sürülmüş mülki iddiaları da təmin edib. Ondan müvafiq olaraq 60 300, 10 120, 37 702,  41 715 manat pulun tutularaq zərərçəkmişlərə ödənilməsinə qərar verilib.


Sizin reklam burada
Sizin reklam burada