“4 kəndinin qaytarılması sülh prosesi çərçivəsində böyük yenilikdir“ - Aqşin Kərimov

“4 kəndinin qaytarılması sülh prosesi çərçivəsində böyük yenilikdir“ -  Aqşin Kərimov
20 Apr 2024 10:31

"Qazaxın Ermənistanın nəzarətində olan 7 kəndindən 4-nün Azərbaycana qaytarılması sülh prosesi çərçivəsində praktiki əhəmiyyəti olan böyük yenilikdir". 

Politoloq Aqşin Kərimov bu sözləri News365.az-a müsahibəsində deyib. 

"Bu, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası işindəki mürəkkəblikləri yüngülləşdirən prosesin qiymətli başlanğıcı hesab oluna bilər. Düşünürəm ki, Azərbaycanın Ermənistan üzərindəki qalibiyyət formullarından doğan bəzi ritorikaları İrəvanın məcburi geri çəkilməsinə səbəb oldu. Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçdikdən sonra digər 3 kəndlə kommunikasiya əlaqələri qurulacaq.  Bunlar Qazaxın anklav olan Barxudarlı, Sofulu və Yuxarı Əskipara kəndləridir. Beləliklə, Azərbaycan əlini kommunikasiya infrastrukturu vasitəsilə möhkəmlədərək növbəti mərhələdə həmin kəndləri də geri qaytaracaq". 

Həmçinin Politoloq əlavə edib ki, Azərbaycan Sərhəd Qoşunlarının geri qaytarılacaq 4 kəndə yerləşməsi isə təhlükəsizlik üçün sığortadır. Təbii ki, Naxçıvanın Sədərək rayonundakı Kərki kəndinin də növbəti mərhələdə geri qaytarılması planı həyata keçiriləcək. 

Beləliklə, deyə bilərik ki, regionda sülh kontekstinə praqmatik bir nəfəs gəldi və İrəvan bu tempini qoruyub saxlamaq məcburiyyətindədir"- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər