30 il axtarılan kişi eyni paltarda geri döndü

30 il axtarılan kişi eyni paltarda geri döndü
10:34

Rumıniyanın Bacau şəhərində heyvandarlıqla məşğul olan Vasile Qorqos 1991-ci ildə müəmmalı şəkildə yoxa çıxmışdı. 63 yaşında olan Qorqosdan bir daha xəbər alınmamış, ailəsi tərəfindən itkin düşən şəxslər haqqında məlumat verilmiş, lakin uzun illər axtarışlar nəticə verməmişdi.

News365.az xarici mediaya istinadən xəbər verir ki, 29 avqust 2021-ci ildə gözlənilməz hadisə baş verib. 

93 yaşlı Vasile Qorqos, yoxa çıxdığı gün geyindiyi paltarı və o dövrə aid qatar bileti ilə qəfildən ailəsinin evinin qarşısında peyda olub. Yaşlı kişi sakitcə maşından düşərək, sanki qısa bir səfərdən geri dönüb.

Qorqos, itkin düşdüyü 30 illik dövrü xatırlamır və deyir ki, heç vaxt itkin düşməyib, sadəcə həmin vaxt evdə olub. Həkim müayinələri onun fiziki cəhətdən mükəmməl vəziyyətdə olduğunu göstərsə də, 1991-2021-ci illər arasında nə baş verdiyini anlamaq mümkün olmayıb.

Yaddaş itkisi və ya başqa bir sirr?

Qorqos yalnız itkin düşdüyü vaxtdan əvvəlki həyatına aid əsas təfərrüatları xatırlayır – ailəsi, təsərrüfatı və doğum tarixi onun yaddaşında qalıb. Lakin 30 il ərzində harada olduğu və nə ilə məşğul olduğu sirr olaraq qalır.

Hadisə Rumıniyada geniş səs-küyə səbəb olub. Bəzi ekspertlər Qorqosun vəziyyətinin yaddaş itkisi və ya dissosiativ pozğunluqla əlaqəli ola biləcəyini irəli sürsələr də, bu sirli hadisənin arxasındakı həqiqət hələ də açılmayıb.


Sizin reklam burada
Sizin reklam burada