16 yaşlı Nahidin axtarışları davam edir - VIDEO

16 yaşlı Nahidin axtarışları davam edir - VIDEO
15:31

Bir neçə gün öncə Füzulidə kanalda batan 16 yaşlı Nahid Nağızadənin axtarışları davam edir.

Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər tərəfindən batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlunun axtarışları davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada