Kahramanmaraşın Afşin rayonunda arxeoloji qazıntılar zamanı təxminən 1500 illik mozaika tapılıb. news365.az xəbər verir ki, döşəmə mozaika 3 kvadratmetrlik ərazini əhatə edir. Üzərinə tovuz quşu, ceyran və bəzəklər həkk olunub. Müxtəlif çiçəklərin naxışları da çəkilib. Əsər təkcə Afşinin deyil, bütün Türkiyənin tarixinə işıq salacaq bir xəzinədir.