Salome Zurabişvili prezident iqamətgahı olan Orbelianı sarayını tərk emtək barədə qərar qəbul edib.
O, bu barədə iqamətgahının önündə toplaşan tərəfdaşlarına müraciətində danışıb.
Onun sözlərinə görə, ölkənin yeni seçilən Prezidenti Mixail Kavelaşvili vəzifəsinin icrasına başladıqda prezident sarayını tərk edəcək.
Xatırladaq ki, hazırda Gürcüstan parlamentində Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilir. Salome Zurabişvili isə bundan əvvəl iqamətgahı tərk etməyəcəyini bildirmişdi.