“Zəngilan” və “Şayıflı” elektrik stansiyalarında istehsal olunan enerji həcmi məlum olub

“Zəngilan” və “Şayıflı” elektrik stansiyalarında istehsal olunan enerji həcmi məlum olub
10:51

“Zəngilan” və “Şayıflı” su elektrik stansiyalarında istehsal olunan enerji həcmi açıqlanıb.

Bu barədə Energetika Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçay üzərində inşa edilmiş “Zəngilan” və “Şayıflı” kiçik su elektrik stansiyaları istismara verilib. “Zəngilan” KSES ümumi gücü 10,5 MVt olmaqla, hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan, “Şayıflı” KSES ümumi gücü 10,5 MVt olmaqla hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan ibarətdir. Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək “Zəngilan” KSES-də 25,1 mln. kVt·st, “Şayıflı” KSES-də isə 29,8 mln. kVt·st”, – qurumun paylaşımında qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada