Rusiyada maraqlı kriminal hadisə baş verib. Rusiya Federasiyasının Tomsk vilayəti üzrə İstintaq Komitəsinin Telegramda yaydığı məlumata görə, Tomskda sürücü tibbi müayinədən keçməkdən imtina edərək, yol polisi maşınına F-1 qumbarası atıb. Hadisə iyunun 29-da Beregovaya küçəsində baş verib.
“Şəxsi avtomobilini idarə edən yerli sakin Rusiya Daxili İşlər Nazirliyinin Tomsk vilayəti üzrə idarəsinin yol polisi əməkdaşları tərəfindən saxlanılıb.Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.26-cı maddəsində nəzərdə tutulmuş hüquqpozmanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmaq istəməyən (alkoqol müayinədən keçmək barədə tibbi ekspertiza tələbinə əməl edilməməsi) şəxs F-1 qumbarasını patrul avtomobilinin salonuna atıb”, - məlumatda deyilir.
Polis hadisəndə insidentin başvermə şəraiti araşdırılır. Sürücünü 5 il həbs cəzası gözləyir.
Tural