Günəşdəki tac dəliyinin təsiri səbəbindən Yer kürəsində zəif maqnit qasırğası başlayıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın məlumatına görə, geomaqnit həyəcanlanmalarının ümumi davam etmə müddəti iki sutkaya qədər ola bilər. Alimlər qeyd edirlər ki, bu müddət ərzində qasırğanın G2 (orta) səviyyəsindən yuxarı qalxması ehtimalı azdır.
G1 səviyyəli maqnit qasırğaları kosmik aparatların idarəetmə sistemlərinə kiçik təsirlər göstərə bilər, həmçinin zəif qasırğaların təsiri zamanı yüksək enliklərdə (60 dərəcəyə qədər) qütb parıltıları müşahidə oluna bilər.