Yapon tədqiqatçıları süni intellektlə işləyən robot rahib yaradıblar. Bu robot ruhani məsləhətlər verə və dini sualları ətraflı cavablandıra bilir.
News365.az xəbər verir ki, gələcəkdə robotun dini ayinlərdə
çıxış etməsi planlaşdırılır. Robotun yaradılmasında əsas məqsəd insanların din
adamlarına müəyyən səbəblərdən verə bilmədiyi sualları daha rahat şəkildə robotla
müzakirə edə bilməsini təmin etməkdir. Robot ilkin testlərdən uğurla keçib.