Yaponiya və Çin arasında yeni gərginlik

Yaponiya və Çin arasında yeni gərginlik
11:20

Asiya iqtisadiyyatının iki aparıcı gücü arasında münasibətlər daha da gərginləşib.

News365.az xarici KIV-ə istinadən xəbər verir ki, buna səbəb Yaponiyanın Çin balıqçı gəmisini saxlması və heyət nəfərləri ilə birgə kapitanı həbs etməsi olub. Yaponiya tərəfi səbəb kimi gəminin yoxlama üçün dayanma əmrinə tabe olmamasını göstərib.

Çin tərəfi  isə hadisəni girov götürmə əməliyyatı kimi qiymətləndirir.  Baş verənlərin tərəflər arasındakı gərginliyi daha da artıracağı gözlənilir.

Qeyd edək ki, gəminin heyəti 10 nəfərdən ibarətdir.


Sizin reklam burada
Sizin reklam burada