Xəyal Bəşirov İran-ABŞ qarşıdurmasını şərh etdi

Xəyal Bəşirov İran-ABŞ qarşıdurmasını şərh etdi
15:25

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov İran-ABŞ qarşıdurması ilə bağlı News365.az-ın suallarını cavablandırıb. 

O qeyd edib ki,  Pezeşkianın danışıqlarla bağlı açıqlaması məsələnin sülh yolu ilə həll edilmə ehtimalını artırır. Təkcə bu prosesin sülh üçün kifayət etməyəcəyini də qeyd edən politoloq əlavə edib:

“Bu gün bütün dünyada böyük əksəriyyət bu gərginliyin isti fazaya keçməsini istəmir. Hər kəs başa düşür ki, müharibə baş versə, bu çox böyük faciələrə səbəb olacaq. Azərbaycan da region ölkələri də bu müharibəyə qarşıdır. Günlərin uzanması, Türkiyənin məsələyə müdaxilə edərək tərəflər arasında barışığa vasitəçi olma rolunu qəbul etməsi də hərbi müdaxilə ehtimalını azaldır. Ümidvarıq ki, danışıqlar formatı özünü doğruldacaq. Lakin ABŞ-nin milyardlarla dollar xərc çəkərək ordusunu fars köfrəzinə yığması heç də xeyrə əlamət deyil. Rəsmi Vaşinqton hədəflərinə çatmasa böyük ehtimal ki, hərbi əməliyyatlara başlayacaq. Bunun əksini düşünmək sadəlöhvlük olar. Birləşmiş Ştatlar danışıqlar masasında İranla razılığa gəlmək üçün müharibə variantından qat-qat çox şey əldə etməlidir. Burada əsas sual odur ki, İran ABŞ-nin istəklərini müharibə olmadan yerinə yetirəcək yoxsa, yox.


Sizin reklam burada
Sizin reklam burada