Xamenei xalqı MEYDANA ÇAĞIRDI

Xamenei xalqı MEYDANA ÇAĞIRDI
16:47

İranın rəhbəri Əli Xamenei, insanları 1979-cu il İslam İnqilabının ildönümü münasibətilə keçiriləcək 11 fevral mitinqlərində iştirak etməyə çağırıb.

İldönümünün hələ həftənin dördüncü günü olacağına baxmayaraq video müraciətdə Əli Xamenei "bu gün İran milləti özünü küçələrdəki yürüşlərlə göstərir" deyib.

"Milli gücün göstəricisi raketlər və təyyarələrlə deyil, millətlərin iradəsidir. Siz dözümlülük göstərdiniz və iradənizi göstərdiniz. Bunu başqa anlarda da göstərməlisiniz." - deyə Xamenei qeyd edib.
“Göstəriş vermişəm ki, təhlükəsizlik məsələləri ilə hər hansı formada əlaqəsi olan bütün məhkumların adları əfv siyahısından çıxarılsın”.

Bunu İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei deyib.

Onun sözlərinə görə, etiraz aksiyalarında saxlanılan şəxslər 1979-cu il İslam inqilabının ildönümü münasibətilə keçirilən illik əfv proqramlarına daxil edilməyəcək.

"Son etirazlarla bağlı ittiham olunan və ya məhkum edilmiş şəxslər də fevralın 11-nə planlaşdırılan əfv siyahısına salınmayacaq",- Ejei əlaə edib.

Qeyd edək ki, ötən il dekabrın 28-dən başlayan və 3 həftə davam edən etiraz aksiyaları zamanı və ondan sonrakı dövrdə 50 mindən çox insan həbs edilib.


Sizin reklam burada
Sizin reklam burada