Xaçmazda AĞIR QƏZA - 16 yaşlı yeniyetməni avtomobil vurdu

Xaçmazda AĞIR QƏZA - 16 yaşlı yeniyetməni avtomobil vurdu
10 İyl 2025 10:32

Gecə saatlarında Quba-Xaçmaz yolunun Xaçmazın Yergüc kəndindən keçən hissəsində 16 yaşlı piyadanı "Mercedes" markalı avtomobil vurub. 

News365.az xəbər verir ki, ağır xəsarət alan Amid Həmidov Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.  İlk tibbi yardımdan sonra yaralı Quba rayon mərkəzi xəstəxanasına göndərilib. 

Qəzanın səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada