Erməni general 44 günlük müharibəyə görə HƏBS EDİLDİ

Erməni general 44 günlük müharibəyə görə HƏBS EDİLDİ
04 Yan 2025 15:10

Ermənistan ordusunun ehtiyatda olan generalı Tiran Xaçatryan saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə onun vəkili Varazdat Arutyunyan "Sputnik"ə bildirib.

Ona qarşı 44 günlük müharibənin bəzi epizodları ilə bağlı ittiham irəli sürülüb.

Generalın həbs olunması ilə bağlı məhkəməyə vəsatət verilib.

Qeyd edək ki, Xaçatryan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin keçmiş müavinidir. O, 2020-ci il iyunun 15-dən 2021-ci il fevralın 24-dək bu vəzifədə işləyib.

O, bundan əvvəl qanunsuz silah gəzdirmə, xuliqanlıq və bədən xəsarəti yetirməkdə ittiham olunub.


Youtube kanalımız