Vatikanın məyus olduğu gün

Vatikanın məyus olduğu gün
09:13
Vatikan. 1923-ci il oktyabrın 29-u- Kardinalın köməkçisi yaxınlaşıb onun qulağına pıçıldayır:
"Türkiyə Cümhuriyyət elan edildi"
Kardinal bunu məclisə elan edəndə, Papa əllərini başına qoyub deyir:
-Fateh Mehmet Sultan yenidən doğuldu
Bəli, dünya ikinci Fatehin addımlarını eşidirdi. Böyük qələbələrə imza atan Atatürk əmin addımlarla dünya sisteminə daxil olurdu.
İngiltərənin baş naziri David Lloyd, ölkəsinin parlamentində üzləşdiyi ittiham və tənqidlərə kədərli halda cavab verir:
“Dostlar, yüzillər nadir hallarda dahi yetişdirir. Bu talesizliyimizə baxın ki, o böyük dahi çağımızda türk millətinə nəsib oldu. Mustafa Kamalın dahiliyi qarşısında əldən nə gəlirdi ki”
"Zəfərdən sonra mütləq yeni quruluş Cümhuriyyət olacaq "....deyən Atatürk dünyaya ərəbləşmiş Osmanlılar əvəzinə modern Türkiyə təqdim etdi.
Atatürk 29 oktyabr 1923-cü ildə dünyanın siyasi xəritəsində qırmızı rəngə boyanan Türkiyə Cümhuriyyətinin elan edilməsinin səbəbkarı və ilk Prezidenti olur. Ruhu şad olsun. Böyük TÜRK.
Zaur Əliyev, tarixçi alim


Sizin reklam burada
Sizin reklam burada