Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib

Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib
17:50

Rusiya-ABŞ arasında növbəti məsləhətləşmələr raundu Vaşinqtonun təşəbbüsü ilə ləğv edilib.

News365.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bu gün hər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması məqsədilə "qıcıq yaradan" məqamların aradan qaldırılması üzrə ikitərəfli məsləhətləşmələr çərçivəsində növbəti görüş amerikalı danışıqçıların təşəbbüsü ilə ləğv edilib", - o vurğulayıb.

M.Zaxarova həmçinin məsləhətləşmələrdəki fasilənin uzun sürməyəcəyinə ümid etdiyini bildirib: "Ümid edirik ki, Rusiya-ABŞ məsləhətləşmələrində fasilə çox uzun olmayacaq".


Sizin reklam burada
Sizin reklam burada